Lado Apxazava - çox maraqlı insanlarla tanış oldum və birlikdə işlər görəcəyik
Lado Apxazava - çox maraqlı insanlarla tanış oldum və birlikdə işlər görəcəyik

Hyu Cekmenin yanında səhnədə durarkən və şounun iştirakçılarından biri olarkən, çox həyəcanlandırıcıdır, – bu barədə Birinci Kanala “Qlobal tiçer 2019”-un iştirakçısı, Lançxuti Munisipalitetinin Çibati kəndinin orta mktəbinin müəllimi, Lado Apxazava bəyan etdi.

“Çox sevinirəm ki, onluğa düşdüm. Bu günki gün üçün çox xoşagələn mühit idi. Təhsil nazirinə böyük minntdarlığımı bildirmək istəyirəm ki, buraya gəldi və mənimlə birlikdə idi. Bu mənim üçün böyük stimuldur

Mənim planlarım var ki, artıq beynəlxalq layihələrə qoşulum. Qlobal istiqamət üzrə işləyəcəm. Çox maraqlı insanlarla tanış oldum və birlikdə işlər görəcəyik. Sevinirəm ki, onlar mənim dostlarım oldular”, – Apxazava qeyd etdi.

Dubayda, “Qlobal tiçer 2019”-un qalibi aşkar edildi. Qalib Keniyadan olan pedaqoq, Piter Tabiç oldu.  Qalib mükafat şəklində bir milyon Amerika dollarını alacaq.

On finalist arasına, Lançxuti Munisipalitetinin Çibati kəndinin orta mktəbinin müəllimi, Lado Apxazava düşmüşdü.