Laboratoriya tədqiqatlarına əsasən Qara dənizin suyunun keyfiyyəti bütün perimetr üzrə norma çərçivəsindədir
Laboratoriya tədqiqatlarına əsasən Qara dənizin suyunun keyfiyyəti bütün perimetr üzrə norma çərçivəsindədir

 

Aparılmış laboratoriya tədqiqatlarına əsasən Qara dənizin suyunun keyfiyyəti bütün perimetr üzrə norma çərçivəsindədir.

Məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

“Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi hər ay doqquz stansiyada Qara dənizin suyunun keyfiyyətinə dair monitorinq aparır, bununla da duzluluq da daxil olmaqla əsas fiziki-kimyəvi göstəricilər, həmçinin suda həll olunmuş oksigen və biogen elementlərin tərkibi təyin edilir. Səth və alt təbəqələrdə ağır metalların və üzvi çirkləndiricilərin tədqiqi aparılır.

Aİ-nin Dəniz Strategiyası Çərçivə Direktivinə uyğun olaraq, Milli Ətraf Mühit Agentliyi monitorinq sistemlərini təkmilləşdirir. Bu mərhələdə artıq müasir standartlara cavab verən laboratoriya avadanlıqları alınmışdır ki, onların köməyi ilə də konkret çirkləndiriciləri yüksək dəqiqliklə müəyyən etmək olar. Milli Ətraf Mühit Agentliyinin apardığı laboratoriya tədqiqatlarına əsasən, dəniz suyunun keyfiyyəti bütün perimetr üzrə norma çərçivəsindədir” – deyə dərc olunan məlumatda bildirilir.