Kvorumun olmamasına görə, 2019-cu ilin dövlət büdcəsinin layihəsi səsverməyə çıxarılmadı
Gürcüstan parlamentinin plenar iclasında kvorumun olmamasına görə, 2019-cu ilin dövlət büdcəsinin layihəsi səsverməyə çıxarılmadı, – bu barədə Birinci Kanalın jurnalisti məlumat verir.
Parlamentin sədri, İrakli Kobaxidzenin bəyan etdiyinə görə, islasda 69 deputat iştirak edirdi, buna görə də səsvermə baş tutmadı.
“Həmkarlarımızın məsuliyyətsizliyinə görə, bu gün səsvermə baş tutmayacaq”, – İrakli Kobaxidze bəyan etdi
2019-cu ilin dövlət büdcəsinin layihəsini sabah, plenar sessiyada səsə qoyacaqlar.
Gələn ilin büdcəsinin həcmi 13 milyard 90 milyonu təşkil edir ki, bu da 2018-ci ilin büdcəsindən 600 milyon lari ilə artıqdır.