Kvorumun olmaması səbəbilə məhkəmə ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması məsələsi üzrə səsvermə baş tutmayıb
Kvorumun olmaması səbəbilə məhkəmə ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması məsələsi üzrə səsvermə baş tutmayıb

 

Parlamentin bugünkü plenar iclasında məhkəmə ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması səsverməyə qoyulmalı idi.

Parlamentin 51 üzvü qeydiyyatdan keçib. Kvorum olmadığı üçün səsvermə baş tutmayıb. İrakli Kobaxidze iclasda parlament çoxluğunun səsvermədən əvvəl qeydiyyatdan keçməmək qərarını qəbul etdiyini qeyd edib. “Bu, gürcü hakimlərə münasibətdə həmrəylik aktıdır”- deyə İrakli Kobaxidze açıqlayıb.

Parlament sədrinin qeyd etdiyi kimi, sabah digər məsələlərlə yanaşı, səsvermə də keçiriləcək.

Müxalifət nümayəndələrinin tələbi məhkəmə sahəsində mümkün korrupsiya və nepotizm faktlarını, nüfuzlu hakimlər qrupunun hakimlərə mümkün təsiri hallarını komissiyanın təhqiq etməsidir.