Kveşeti-Kobi hissəsində doqquz kilometrlik tunelin tikintisi layihə üçün xüsusi olaraq hazırlanmış qurğularla həyata keçirilir [şəkil]
Kveşeti-Kobi hissəsində doqquz kilometrlik tunelin tikintisi layihə üçün xüsusi olaraq hazırlanmış qurğularla həyata keçirilir [şəkil]

 

Yolun Kveşeti-Kobi hissəsində doqquz kilometrlik tunelin tikintisi aktiv mərhələdədir. Layihə üçün xüsusi olaraq hazırlanmış TBM-in vasitəsilə, 1,7 kilometrlik ərazi artıq qazılıb.

Qazma işlərinə paralel olaraq beton üzlüklə üzlənmə işləri də aparılır. Üzlük üçün lazım olan materiallar eyni lokasiyada yerləşən zavodda hazırlanır. Bu tunelin tikintisinə paralel olaraq, Tskere-Kobi hissəsində doqquz kilometrlik tunelə paralel təxliyə tuneli də çəkilir. İşlər başlayandan indiyədək 3103 metr qazılıb.

Ümumilikdə beş körpünün və beş tunelin tikintisini, həmçinin bir körpünün bərpasını əhatə edən 23 kilometrlik yolun çəkilməsi 2024-cü ildə başa çatdırılmalıdır. Layihənin ümumi dəyəri 1,2 milyard laridir.

Yeni yol vasitəsilə Kveşeti-Kobini birləşdirən yolun uzunluğu 12 km qısalacaq, orta səyahət müddəti isə 45 dəqiqə olacaq.