Kvemo Kartlidə külli miqdarda vəsaitin qoparılmasına kömək etmək və başqasının əşyasının məhv edilməsinə cəhd faktları üzrə 3 nəfəri saxlayıblar
Kvemo Kartlidə külli miqdarda vəsaitin qoparılmasına kömək etmək və başqasının əşyasının məhv edilməsinə cəhd faktları üzrə 3 nəfəri saxlayıblar

 
Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, külli miqdarda vəsaitin qoparılmasına qrup şəklində kömək etmək və başqasının əşyasına zərər vurmağa cəhd faktları üzrə 3 nəfəri : keçmişdə məhkumluq həyatı yaşamış 2000-ci il təvəllüdlü R. A.-nı, 2002-ci il təvəllüdlü P.B.-ni və 2001-ci il təvəllüdlü M.E.-ni saxlayıblar.

“İstintaqla təqsirləndirilən şəxslərin müxtəlif vaxtlarda xaricdə yaşayan dırnaqarası kriminal avtoritetin tapşırığı ilə Marneuli Munisipalitetində vətəndaşlardan həyatlarına son qoymaq və əmlaklarını məhv etmək təhdidi ilə külli miqdarda pul ödənilməsini tələb etdikləri müəyyən edilib. Yox cavabı aldıqdan sonra R.A. zərərçəkmişlərdən birinin evinin həyətindəki avtomobili məhv etmək məqsədilə “Molotov kokteyli” atıb, təqsirləndirilən şəxslər daha bir vətəndaşın həyətinə isə təhdid məktubu və 3 ədəd patron qoyublar” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar. Polis patronları sübut kimi götürüb. Baş vermiş faktlar üzrə istintaq Cinayət Məcəlləsinin 25-181 və 19-187-ci maddələri ilə aparılır. Cinayətlər doqquz ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.