Kvemo-Kartli polisində bəyan edirlər ki, Marneulidə baş verən insindentlə və jurnalistlərin fəaliyyətinə maneəçiliklə bağlı istintaq başladılıb
Marneulidə baş verən insindentlə və jurnalistlərin fəaliyyətinə maneəçiliklə bağlı istintaq başladılıb. Bu barədə məlumatı Kvemo-Kartli polis departamentinin direktoru Laşa Qoqniaşvili verdi.
Onun məlumatına görə, istintaq jurnalistlərin fiziki təhqiri ilə və onların işinə maneəçiliklə bağlı da başlayıb.
Polis departamentinin direktorunun dediyinə görə, insindentlə bağlı hələlik kimsə həbs edilməyib.
Marneulidə “Gürcü Arzusu” və “Milli Hərəkatın” aktivistləri arasında fiziki qarşıdurma beş verdi.
İnsindent zamanı bir neçə nəfər zərər görüb.
Fiziki təhqir edilənlər arasında Birinci Kanalın jurnalisti və operatoru da var. Onları döyüb, kameralarını sındırıblar.