Kvemo Kartli polisi 1 350 lari və 10 000 lari dəyərində qızıl zinət əşyalarının hədə-qorxu ilə tələb edilməsi (şantaj) ittihamı ilə bir yetkinlik yaşına çatmayan şəxsi saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları böyük məbləğdə əmlak əldə etmək məqsədilə şantaj (qəsb etmə) ittihamı ilə bir yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar.
DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayından etibarən öz sinif yoldaşını hədələmə və fiziki zor tətbiqi ilə qorxudaraq sistemli şəkildə pul və qiymətli əşyalar tələb edib. Həmçinin müəyyən olunub ki, həmin şagird müxtəlif vaxtlarda saxlanılan şəxsə 1 350 lari pul və 10 000 lari dəyərində qızıl zinət əşyaları verib.
Hüquq-mühafizə orqanları kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.
Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə aparılır və bu maddə 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.