Kvemo Kartli bölgəsində Ukrayna xalqına kömək etmək üçün humanitar yük yığılır
Kvemo Kartli bölgəsində Ukrayna xalqına kömək etmək üçün humanitar yük yığılır

 

Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili administrasiya və regionun munisipalitetlərinin rəhbər şəxsləri ilə birlikdə Ukrayna xalqına yardım üçün humanitar yükün səfərbər edilməsini təmin edəcək.

Dövlət nümayəndəsinin administrasiyasından verilən məlumata görə, indiki mərhələdə rayonun 7 munisipalitetinin bütün merlərinin ehtiyat fondundan ilkin istehlak əşyaları və tibbi təyinatlı malların alınmasına sərf olunacaq müvafiq vəsait ayrılır.

Munisipalitetlərin rəhbər şəxsləri biznes sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrini humanitar prosesdə fəal iştirak etməyə çağırırlar.

Dövlət nümayəndəsinin administrasiyasının məlumatına görə, humanitar yüklərin daşınmasını Gürcüstan hökumətinin yardımı ilə Kvemo Kartli regionu təmin edir.