Ğvarelidə DİN-in Mühafizə Polis İdarəsinin şəxsi mühafizə şöbəsinin inspektoru qəsdən adam öldürmə faktına görə saxlanılıb
Xüsusi İstintaq Xidmətinin əməkdaşları DİN-in Mühafizə Polis İdarəsinin şəxsi mühafizə şöbəsinin inspektorunu qəsdən adam öldürmə faktına görə saxlayıblar.
Bu barədə Xüsusi İstintaq Xidmətinin Departamentinin rəhbəri Levan Kutateladze idarədə keçirilən brifinqdə məlumat verib.
“İş üzrə aparılmış istintaq zamanı müəyyən edilib ki, 2023-cü ilin oktyabrın 4-də gecə saatlarında Ğvareli rayonu ərazisində DİN-in Mühafizə Polis İdarəsinin şəxsi mühafizə şöbəsinin inspektoru T.O. tanışları ilə süfrə arxasında olub, orada olan şəxslər arasında qarşılıqlı mübahisə zəminində münaqişə yaranıb. Təhlükəsizlik polisinin inspektoru bir neçə dəfə atəş açıb, bu zaman Q.Q aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib. İkinci vətəndaş isə yaralanıb.
Faktla bağlı Xüsusi İstintaq Xidmətinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
İstintaqın səmərəli aparılması üçün xidmət bütün zəruri istintaq və prosessual hərəkətləri intensiv rejimdə davam etdirir.
Qəsdən adam öldürməkdə təqsirli bilinərək saxlanılmış Mühafizə Polis İdarəsinin şəxsi mühafizə şöbəsinin inspektoru barəsində 48 saat ərzində ittiham irəli sürüləcək. Cinayət 15 ilə qədər həbs cəzasını nəzərdə tutur”- Levan Kutateladze bildirib.