Küveytdə yaşayış binasında baş verən yanğında azı 41 nəfər ölüb
Küveytdə yaşayış binasında baş verən yanğında azı 41 nəfər ölüb

Küveytdə yaşayış binasında baş verən yanğında azı 41 nəfər ölüb. Bu barədə baş nazirin müavini Şeyx Fəhad Yusuf Səud Əl-Sabah məlumat verib.

Hadisə Küveytin cənubunda yerləşən Manqaf şəhərində baş verib. Binada işçilər yaşayırdı. Yanğın yerli vaxtla səhər saat 06:00 radələrində baş verib. Yanan binadan onlarla insan xilas edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Baş nazirin müavini faciədə daşınmaz əmlak sahiblərini günahlandırıb.

Ölkənin daxili işlər və müdafiə nazirliklərinə rəhbərlik edən Şeyx Fəhad: “Təəssüf ki, daşınmaz əmlak sahiblərinin hərisliyi belə faciələrə səbəb olur”.