Kütləvi vaksinasiya prosesinə Tsalka munisipaliteti qoşuldu
Kütləvi vaksinasiya prosesinə Tsalka munisipaliteti qoşuldu

Kütləvi vaksinasiya prosesinə Tsalka munisipaliteti qoşuldu. Tsalkanın “Ceohospitals” klinikasında vətəndaşların immunizasiyası ilk dəfə keçirildi və gün ərzində 40-ə qədər yerli peyvənd olundu.

Arzusunda olanlar tibb müəssisəsində ilkin qeydiyyatsız peyvənd olunacaqlar.

Kvemo Kartli bölgəsində mövcud klinikalarda immunizasiya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən avtorizasiya olunmuş vaksinlə – sinofarm, sinovak, astrazeneka və fayzerlə edilir. Bu mərhələ üçün isə, təxminən 26 minə qədər insan peyvənd olunub.