Kutaisinin Apellyasiya Məhkəməsi qeyri-hökumət təşkilatlarının seçkilərlə əlaqədar şikayətlərini təmin etməyib və Qərbi Gürcüstan miqyasında seçki dairələrinin etibarsız sayılmasının qəbuledilməz olduğunu hesab edib
Kutaisinin Apellyasiya Məhkəməsi qeyri-hökumət təşkilatlarının seçkilərlə əlaqədar şikayətlərini təmin etməyib və Qərbi Gürcüstan miqyasında seçki dairələrinin etibarsız sayılmasının qəbuledilməz olduğunu hesab edib

 
Kutaisinin Apellyasiya Məhkəməsinin hakimlər kollegiyası birinci instansiyanın qərarını dəyişməz olaraq saxlayıb.

Qeyri-hökumət təşkilatlarının şikayətləri təmin edilməyib. Kollegiya Qərbi Gürcüstan miqyasında seçki dairələrinin etibarsız sayılmasının və komissiya üzvlərinin məsuliyyəti məsələsinin qəbuledilməz olduğunu hesab edib. Kutaisinin Apellyasiya Məhkəməsində iki gün ərzində Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının və “Mənim səsim” koalisiyasının 20 şikayətini müzakirə edirdilər.

“Bu prosesdə texnologiyadan istifadə etməklə iştirak edən seçicilər üçün səsvermənin məxfiliyinə təminat verilməmişdi və müvafiq olaraq, biz bu qərarla razılaşmırıq” – Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının Kutaisi ofisinin rəhbəri Darina Saldadze bildirib.

Batuminin 79-cu Dairə Seçki Komissiyasının sədri isə bildirib ki, məhkəmə yeganə düzgün qərarı qəbul edib, çünki şikayətlər yalnız rəylərə, şikayətin müəlliflərinin şəxsi baxışlarına əsaslanırdı.

“İş üzrə bu şikayətlərin əsaslı olduğunu sübut edəcək heç bir dəlil təqdim edilməyib” – Zviad Surmanidze qeyd edib.