Kutaisidə "Qviriloba" qeyd olunur
Kutaisidə "Qviriloba" qeyd olunur

 

Bu gün Kutaisidə ənənəvi “Qviriloba” xalq bayramı qeyd olunur. Xalq bayramının qeyd olunması Baqrat məbədindən başlayıb və qala-konsertlə yekunlaşacaq.

Bu gün planlaşdırılan tədbirlər çərçivəsində hakimiyyət nümayəndələri “Sami Otari” abidəsini güllərlə bəzəyiblər.

Şəhərin mərkəzində sərgi-satışlar, görüşlər, forumlar, təqdimatlar, uşaq və idman tədbirləri keçirilir. Ənənəvi olaraq Kutaisi şəhərinin fəxri vətəndaşları seçiləcək. Bu gün həm də 21 yaşadək futbolçular arasında Avropa çempionatının keçid kubokunun təqdimat mərasimi keçiriləcək.

Günün sonunda isə Mesxişili teatrında Tbilisinin Simfonik Orkestri gürcü kino-filmlərindən mahnılar ifa edəcək. 2 mayda keçirilən rəngarəng tədbirlər qala-konsertlə yekunlaşacaq.

“Qviriloba” 20-ci əsrin 20-ci illərində əsası qoyulmuş xeyriyyə tədbiridir. Gimnaziyalı qızlar çobanyastığı yığaraq satır, toplanan vəsaitlə vərəmdən əziyyət çəkən insanlara kömək edirdilər.