Kutaisidə intervensional tibb mərkəzinin həyətində partlayış baş verib
Kutaisidə intervensional tibb mərkəzinin həyətində partlayış baş verib

 

Kutaisidə intervensional tibb mərkəzinin həyətində partlayış baş verib. İlkin məlumata görə, ehtimal ki, qaz balonu partlayıb.

Partlayış nəticəsində tikililərdən biri uçub.

Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu hadisə yerindədir və təfərrüatları öyrənir.

Xilasetmə xidmətindən Gürcüstanın Birinci Kanalına açıqlandığı üzrə partlayış nəticəsində xəsarət alan olmayıb.