Kutaisidə Adronterapiya Mərkəzinin tikintisi rəsmi olaraq başladı
Kutaisidə Adronterapiya Mərkəzinin tikintisi rəsmi olaraq başladı

 
Kutaisidə Adronterapiya Mərkəzinin tikintisi rəsmi olaraq başladı.
Mərkəzin tikintisinə başlanılması münasibətilə keçirilən mərasimdə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili iştirak edib.

Tədbirdə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli, “Kartu” Beynəlxalq Xeyriyyə Fondunun Müşahidə Şurasının sədri Nikoloz Chxetiani, Kutaisi Beynəlxalq Universitetinin rektoru Aleksandre Tevzadze və İBA-nın Müşahidə Şurasının sədri Pier Mote iştirak ediblər.

Baş nazir mərkəzin bünövrəsinə rəmzi kapsulun qoyulması mərasimində iştirak edib. İrakli Ğaribaşvili layihənin tamamilə “Kartu” Fondu tərəfindən maliyyələşdirildiyini və xərçəng xəstəlikləri üçün proton terapiya avadanlıqları istehsal edən dünyanın aparıcı şirkəti İBA ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyini qeyd edib.

“Şirkət Adronterapiya Mərkəzi üçün iki ultra- müassir siklotron inşa edib. Siklotronlardan biri tamamilə xərçəng xəstələrinin və xüsusilə uşaqların müalicəsi üçün effektiv olan ultra- müassir terapiya üsulları ilə xərçəngin müalicəsinə həsr olunacaq; Bu, həm vətəndaşlarımız, həm də region sakinləri üçün regionda misli görünməmiş və unikal əhəmiyyət kəsb edən, beynəlxalq miqyaslı tibb müəssisəsi, layihə olacaq.

İkinci siklotron tibb, nüvə və radiasiya fizikası və biofizikada mühüm tədqiqatlar aparacaq proton terapiya mərkəzinin və elmi tədqiqat laboratoriyasının yaradılmasına həsr olunacaq.

Tikinti işlərini bu sahədə mərkəzlərin layihələşdirilməsində yarım əsrlik təcrübəyə malik olan IDOM Consulting şirkəti həyata keçirəcək. Sizi bugünkü gün münasibətilə bir daha təbrik etmək istəyirəm, “Kartu” Fonduna və onun rəhbərliyinə təşəkkür edirəm, minnətdaram”- deyə baş nazir qeyd edib.

Region miqyasında onkoloji xəstəliklərin müassir üsullarla müalicə olunacağı yeganə , tibbi məqsədlər üçün nəzərdə tutulan siklotron əsasında proton terapiya klinikası yaradılacaq.

İBA tərəfindən 2020-ci ildə dərc edilmiş məlumata əsasən, Kutaisinin Adronterapiya Mərkəzi 2024-cü ildə pasiyentləri qəbul etməyə başlamalıdır.