Kutaisi Universitetində Konfutsi institutu açılır
Kutaisi Universitetində Konfutsi institutu açılır

Kutaisi Universitetində (Unik) Konfutsi institutu açılır.

Universitetin məlumatına görə, Sintsian Tibb Universiteti və Kutaisi Universitetinin, Konfutsi İnstitutunun açılmasl ilə bağlı birgə təşəbbüsü Çinin Beynəlxalq Təhsil Fondunun dəstəyini aldı.

“Konfutsi institutu tələbələrə çin dilini öyrənmək və təhsil mübadilə proqramlarına qoşulub, Çin mədəniyyətini öyrənmək imkanını verəcək.

Konfutsi institutunun fəaliyyəti Gürcüstan və Çin Xalq Respublikaları arasında iqtisadi və mədəni əlaqələrin dərinləşməsi üçün imkan yaradacaq” – deyilir Kutaisi Universitetində.

Universitetin məlumatına görə, Çinin Beynəlxalq Təhsil Fondu bu layihənin həyata keçirilməsi üçün Kutaisi Universitetinə texniki, insan resursları və maddi yardım təklif etməyə hazır olduğunu bildirir.