Kutaisi-Tskaltubo-Tsaqeri-Lentexi-Lasdili və Kutaisi-Bağdati-Abastumani-Benara yollarında rejim dəyişdi

Qar və buzla əlaqədar olaraq, Kutaisi-Tskaltubo-Tsaqeri-Lentexi-Lasdili avtomobil yolunun km88-km125 (Lentexi-Mele) daxili əhəmiyyətli avtomobil yolunda qoşqu və yarımqoşquların hərəkəti, eləcə də digər avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.

“İki və ya daha çox aparıcı körpü ilə nəqliyyatın hərəkəti sərbəstdir. Magistral yolunun km1-km88 (Tskaltubo döngəsi-Lentexi) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir”, – deyə məlumatda deyilir.

Bundan əlavə, Yollar Departamentinin məlumatına görə, Kutaisi-Bağdati-Abastumani-Benara yolunda tətbiq edilən rejim də dəyişib.

Güclü qar yağması səbəbindən Kutaisi-Bağdati-Abastumani-Benara avtomobil yolunda (Kutaisi-Sairme) qoşqu, yarımqoşqu və 30-dan çox yer tutumu olan avtobusların hərəkəti qadağandır. Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir”, – məlumatda deyilir.