Kutaisi International Airport-də biznes lounge və “Fast Track” (sürətli keçid) xidməti istifadəyə verilib
Kutaisi International Airport-də biznes lounge və “Fast Track” adlı sürətli keçid xidməti istifadəyə verilib.
Biznes lounge layihəsi Gürcüstan Hava Yollarının Birliyi tərəfindən beynəlxalq tərəfdaş VISA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Sərnişinlər uçuşdan əvvəl vaxtlarını rahat şəkildə keçirə və müxtəlif xidmətlərdən istifadə edə biləcəklər.
Müasir, minimal üslubda dizayn edilən lounge Kutaisi International Airport-ın uçuş zalında birinci və ikinci mərtəbələrdə yerləşir və eyni anda 70 nəfərə xidmət göstərə bilər. Layihənin investisiya dəyəri 1 milyon laridən çoxdur.
VISA premium kart sahibləri üçün lounge xidmətindən istifadə ödənişsiz olacaq. Növbəti 5 il ərzində lounge VISA brendinin rəngləri və konsepsiyası ilə fəaliyyət göstərəcək. Lounge-un idarə olunmasınıGürcüstan Hava Yollarının Birliyi özü həyata keçirəcək.
Lounge-un açılması ilə yanaşı “Fast Track” xidməti də istifadəyə verilib və self-service prinsipi ilə işləyəcək. Bu zona VISA POS terminalları ilə təchiz olunub və premium kart sahibləri xüsusi şərtlərlə istifadə edə biləcəklər.
VISA premium kartı olmayan sərnişinlər isə Fast Track xidmətini yerində QR kod vasitəsilə və ya əvvəlcədən hava limanının və aviaşirkətlərin saytları üzərindən əldə edə bilərlər. Xidmətin qiyməti böyüklər üçün 45 lari (təxminən 15 avro), 0–6 yaşlı uşaqlar üçün isə pulsuzdur.
“Fast Track” sərnişinlərə təhlükəsizlik və pasport nəzarətini daha sürətli keçməyə imkan verən premium xidmətdir və hava limanında gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldır.