Kutaisi hava limanında mənşəyi bilinməyən qızıl məmulatların gətirilməsi faktlarının qarşısı alınıb
Kutaisi hava limanında mənşəyi bilinməyən qızıl məmulatların gətirilməsi faktlarının qarşısı alınıb

 

Gəlirlər Xidmətindən verilən məlumatda Kutaisi hava limanında mənşəyi bilinməyən qızıl məmulatların gətirilməsi faktlarının qarşısının alındığı deyilir.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Kutaisi Hava Limanı” gömrük-keçid məntəqəsində, gömrük zabitləri tərəfindən şübhə əsasında Gürcüstan, Qazaxıstan və Yunanıstan vətəndaşlarının həm üzərlərinə, həm də şəxsi yüklərinə baxış nəticəsində mənşəyi bilinməyən qızıl-zinət əşyaları (ümumi çəkisi 524,94 qram) aşkar edilib. Mənşəyi bilinməyən malın ümumi gömrük dəyəri 42 154,61 lari təşkil edib.

Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin birinci hissəsinə əsasən, qanunu pozan vətəndaşlara qarşı sanksiya olaraq 42 154,61 lari məbləğində cərimə tətbiq edilib” – deyə idarədən bildirilib.