Kutaisi-Sğaltubo-Saqeri-Lentex-Lasdili yolunun müəyyən hissəsində avtomobillərin hərəkəti müvəqqəti qadağandır
Kutaisi-Sğaltubo-Saqeri-Lentex-Lasdili yolunun müəyyən hissəsində avtomobillərin hərəkəti müvəqqəti qadağandır

Kutaisi (Sğaltubo döngəsi)-Sğaltubo-Saqeri-Lentex-Lasdili yolunun 94-cü km-də nəqliyyatın hərəkəti müvəqqəti olaraq qadağan edilib. Bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayır.

“Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, Kutaisi (Sğaltubo döngəsi)-Sğaltubo-Saqeri-Lentexi-Lasdili daxili dövlət əhəmiyyətli avtomobil yolunun 94-cü km-də daş sürüşməsinin artması ilə əlaqədar müvafiq tədbirlər görülənə qədər hər növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır”, – məlumatda deyilir.