Kutaisi Beynəlxalq Hava Limanından Almatı istiqamətində iyun ayından uçuşlar həyata keçiriləcək
İyunun 4-dən aşağı büdcəli qazax aviaşirkəti “FlyArystan” Almatıdan Kutaisi istiqamətində beşinci istiqaməti, Almatını əlavə edəcək. Gürcüstan Hava Limanları İttifaqının məlumatında aviaşirkətlə danışıqların yekun mərhələsinin uğurla başa çatdığı deyilir.
Qurumdan verilən məlumatda Qazaxıstanın ən böyük şəhərinə Kutaisidən həftədə iki dəfə, çərşənbə və bazar günləri A320 təyyarəsi ilə gedişin mümkün olacağı deyilir.
Gürcüstan Hava Limanları İttifaqının direktoru İrakli Karkaşadze digər dörd istiqamət kimi yeni qazax istiqamətinin də tələbat görəcəyini açıqlayıb.
“Aşağı büdcəli qazax aviaşirkəti “FlyArystan” Kutaisi Beynəlxalq Hava Limanında fəaliyyətini daha da gücləndirir. Almatı – iyun ayından hava limanımıza tamamilə yeni, beşinci istiqamət əlavə olunacaq, bununla da, Kutaisidən, faktiki olaraq, Qazaxıstan şəhərləri tamamilə əhatə olunacaq. Mərkəzi Asiya Kutaisi Hava Limanı və ümumiyyətlə, İmereti regionu üçün yeni istiqamətdir.
“FlyArystan”ın uğurlu nümunəsi regionumuzun Qazaxıstan üçün olduqca maraqlı, strateji əhəmiyyətli və cəlbedici istiqamət olduğunu göstərdi. Yayda aviaşirkət Qazaxıstandan Kutaisi istiqamətində həftədə 15 tezliklə uçacaq” – deyə İrakli Karkaşadze açıqlayıb.
Bu mərhələdə Qazaxıstanın aşağı büdcəli “FlyArystan” aviaşirkəti paytaxt Astana, Atırau, Aktau və Şimkentdən Kutaisiyə birbaşa müntəzəm reyslər həyata keçirir. Aviaşirkətin veb səhifəsində Almatıya bilet almaq artıq mümkündür.