Kutaisi Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının bərpası başa çatdıqdan sonra uçuşlar yenilənib
Kutaisi Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının bərpası başa çatdıqdan sonra uçuşlar yenilənib

 

Davit Ağmaşenebeli adına Kutaisi Beynəlxalq Hava Limanı uçuş-enmə zolağının planlı reabilitasiyası başa çatdıqdan sonra reyslərin qəbulunu bərpa edib.

İlk reys gecə saatlarında Minskdən 80 sərnişin gətirməklə, Kutaisidən isə 92 sərnişin aparmaqla həyata keçirilib. Bu gün saat 12:30-da Afinadan , saat 13:30-da isə Kutaisidən Larnaka təyyarə reysi həyata keçiriləcək.

Kutaisi Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının bərpası dünən başa çatıb.

Gürcüstan Hava Limanları Assosiasiyası tərəfindən verilən məlumatda, reabilitasiya prosesində asfalt-beton örtüyünün zədələnmiş hissələrinin frezləndiyi deyilir. Beton plitələrin ən çox zədələndiyi bünövrədə plitə sökülüb. Həmin hissədə bünövrə sement-qum qarışığı ilə möhkəmləndirilib. Uçuş-enmə zolağının orta hissəsində iki qat olmaqla 80 mm qalınlığında asfalt-beton örtüyü döşənib. Həmçinin, uçuş-enmə zolağının mərkəzi hissəsində 50 mm qalınlığında incə dənəli modifikasiya edilmiş asfalt-beton örtüyü vurulub. Dünən uçuş-enmə zolağının işarələnməsi başa çatıb, bundan sonra da uçuşları qəbul etmək mümkün olub.

Reabilitasiya layihəsinin büdcəsi 8 milyon lari təşkil edib və Kutaisi Hava Limanının operator şirkəti – Gürcüstan Hava Limanları İttifaqı öz gəlirləri hesabına bunu qarşılayıb. Bərpa işlərini “Black Sea Group” şirkəti həyata keçirib. Kutaisi Hava Limanının uçuş-enmə zolağının bərpası dövründə üç həftə ərzində Tbilisi Hava Limanından uçuşlar həyata keçirilib.