Kutaisi Beynəlxalq Hava Limanında FlyArystan Almatı istiqamətində uçuşlara başlayıb
Qazaxıstanın aşağı büdcəli aviaşirkəti FlyArystan Almatıdan Kutaisi istiqamətində birbaşa müntəzəm uçuşlara başlayıb. Almatı Kutaisi Beynəlxalq Hava Limanına həftədə iki dəfə, çərşənbə və bazar günləri birbaşa müntəzəm uçuşların həyata keçirildiyi beşinci Qazaxıstan şəhəridir.
Almatının inauqurasiya reysi ilə əlaqədar Kutaisi Beynəlxalq Hava Limanında aviaşirkətin nümayəndələri, Qazaxıstan Respublikasının Gürcüstandakı səfirliyinin ikinci katibi, Gürcüstan Hava Limanları Birliyinin direktoru İrakli Karkaşadzenin iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib. İlk reyslə Qazaxıstandan 175 sərnişin gəlib.
“FlyArystan Kutaisi Beynəlxalq Hava Limanında fəaliyyətini daha da gücləndirir. Almatı – bu gündən etibarən hava limanımıza tamamilə yeni, beşinci istiqamət əlavə edildi, bununla da Kutaisidən əslində Qazaxıstan şəhərləri əhatə ediləcək. Mərkəzi Asiya Kutaisi Hava Limanı və ümumilikdə İmereti regionu üçün yeni istiqamətdir. FlyArystan-ın uğurlu nümunəsi regionumuzun Qazaxıstan üçün çox maraqlı, strateji əhəmiyyətli və cəlbedici məkan olduğunu göstərdi. Yayda aviaşirkət Qazaxıstandan Kutaisi istiqamətində həftədə 15 tezliklə uçacaq” – deyə İrakli Karkaşadze açıqlayıb.
Qazaxıstanın aşağı büdcəli FlyArystan aviaşirkəti Almatıdan əlavə paytaxt Astana, Atırau, Aktau və Şimkentidən Kutaisiyə müntəzəm birbaşa uçuşlar həyata keçirir.
2022-ci ilin göstəricilərinə əsasən aviaşirkət Kutaisi Beynəlxalq Hava Limanında 135 000 sərnişinə xidmət göstərib.
Məlumatı Gürcüstan Hava Limanları Birliyinin mətbuat xidməti yayır.