Avtobuslardan sonra Kutaisi Beynəlxalq Hava Limanı sərnişinlərə rəsmi taksi xidməti təklif edir. Gürcüstan Hava Limanları Assosiasiyasının hava limanının rəsmi taksi xidməti ilə bağlı elan etdiyi elektron hərracda “BENE EXCLUSIVE” şirkəti qalib gəlib.
Yeni xidmətin təqdimatını Davit Ağmaşenebeli adına Kutaisi Beynəlxalq Hava Limanında Gürcüstan Hava Limanları Assosiasiyasının baş direktoru İrakli Karkaşadze və “BENE EXCLUSIVE” şirkətinin icraçı direktoru Qiorqi Qorqodze keçirib. Hava limanının gəliş zalında keçirilən tədbirdə yerli hökumət nümayəndələri iştirak ediblər.
İrakli Karkaşadze bildirib ki, şirkət hava limanının sərnişinlərinə ekoloji cəhətdən təmiz Kia və Toyota firmasının hibrid avtomobillərini, sığortalı səyahət və sabit tariflər təklif edir. Avtomobilləri elektron qaydada bron etmək də mümkündür.
“Kutaisi Beynəlxalq Hava Limanına gələn sərnişinləri hava limanında ehtiyac duyulan və ölkə daxilində səyahət edərkən sərnişinin ehtiyac duyduğu geniş çeşiddə xidmətlərin qarşılaması çox vacibdir. İlkin mərhələdə “Bene Exclusive” Kutaisi Hava Limanında 15 ən müasir nəqliyyat vasitəsi ilə təmsil olunur və sərnişinlərimizə yüksək səviyyəli taksi xidməti təklif edir”-İrakli Karkaşadze bildirib.
“BENE EXCLUSIVE” şirkətinin icraçı direktoru taksi xidmətinin tamamilə sərnişinin rahatlığına, təhlükəsizliyinə və ehtiyaclarına yönələcəyini bildirib.
Gürcüstanın “BENE EXCLUSIVE” şirkəti Kutaisi Hava Limanının sərnişinlərinə onlayn sifariş formasında və yerindəcə, hava limanının gəliş zalında xidmətlər təklif edir. Sərnişinlər hava limanından rəsmi taksi ilə Tbilisi, Kutaisi və Batumiyə müəyyən edilmiş qiymətə (yuxarı limit nəzərə alınmaqla) gedə biləcəklər. Gürcüstanın digər istiqamətlərində isə kilometraja əsasən. Bu, Kutaisi Hava Limanını sərnişinlər üçün daha da əlçatan edəcək.
Məlumatı Gürcüstan Hava Limanları İttifaqının mətbuat xidməti yayır.