Kutaisi Beynəlxalq Hava Limanı - hava limanı planlaşdırılan vaxtdan üç saat əvvəl açılıb və adi rejimdə reysləri qəbul edir
Kutaisi Beynəlxalq Hava Limanı planlaşdırılan vaxtdan üç saat əvvəl açılıb və adi rejimdə reysləri qəbul edir-bu barədə Kutaisi Beynəlxalq Hava Limanı məlumat yayır.
Verilmiş məlumatda Dortmund və Barselona reyslərinin saat 04:00-da yerinə yetirildiyi deyilir.
“Gürcüstan Hava Limanları Assosiyasiyasının və Kutaisi Beynəlxalq Hava Limanının komandasının operativ fəaliyyəti nəticəsində Kutaisi Beynəlxalq Hava Limanını planlaşdırılan vaxtdan tez açmaq mümkün olub.
Saat 07:30-da Kutaisidən Salonikiyə reys həyata keçiriləcək. Hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına bol yağıntı və leysan yağışlar səbəb olub. Mütəxəssislər qrupu hava limanının ərazisində aktiv şəkildə işləyir, vəziyyəti yerində öyrənir” – deyə hava limanının yaydığı məlumatda qeyd olunur.