Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti Kutaisi-Bağdatini birləşdirən yolun (Muxnari meşə sahəsi) bərpasını başa çatdırıb.
Daxili dövlət əhəmiyyətli Kutaisi (Sağoriya)-Bağdati-Abastumani-Benara magistral yolu, Kutaisi şəhərini Bağdati və Vani ilə birləşdirən bərpa edilmiş beş kilometrlik hissədən başlayır. Sözügedən hissə Kutaisi Beynəlxalq Universitetinə gedir. Ona görə də bu hissənin bərpası həm yerli əhali, həm də bölgənin qonaqları və turistlər üçün vacib idi.
Layihə çərçivəsində yol hissəsi abadlaşdırılıb, asfalt-beton örtüyü döşənib, süni konstruksiyalar, drenaj quyuları, hasarlar və metal məhəccərlər, səkilər, beton bordürlər, piyada səkiləri, velosiped yolu, sakinlərin həyətyanı sahələrinə keçidlər və girişlər quraşdırılıb, avtomobil pavilyonu, avtobus dayanacağı və yol abadlaşdırılıb. Yolun hərəkət hissəsi nişanlanıb və məhdudlaşdırılıb.
Yenilənmiş hissədə xarici işıqlandırma sistemi də qurulmuşdur.
Layihə dövlət büdcəsi hesabına maliyyələşdirilib və onun müqavilə dəyəri 8,6 milyon lari təşkil edib.
Məlumatı Avtomobil Yolları Departamenti yayır.