Kutaisi-Alpana-Mamisoni dağ keçidinin yol hissəsində avtonəqliyyatın hərəkəti bərpa edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti Kutaisi (Choma)-Alpana-Mamisoni dağ keçidinin yol hissəsinin 18-ci və 23-cü km-də avtonəqliyyatın hərəkətinin bərpa edildiyinə dair məlumat yayır.
“Həyata keçirilən təmizləmə işləri nəticəsində daxili dövlət əhəmiyyətli Kutaisi (Choma)-Alpana-Mamisoni dağ keçidinin yol hissəsinin 18-ci və 23-cü km-də bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib” -deyə məlumatda qeyd olunub.