Kutaisi-Alpana-Mamisoni dağ keçidinin 23-cü km-də böyük həcmdə torpaq və qaya kütləsinin çökməsi səbəbilə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib
Kutaisi-Alpana-Mamisoni dağ keçidinin 23-cü km-də avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib-bu barədə Avtomobil Yolları İdarəsi məlumat yayır.
Verilmiş məlumatda Alpana-Mamisoni dağ keçidində böyük həcmdə torpaq və qaya kütləsinin çökdüyü deyilir.
“Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi tərəfindən yayılmış məlumatda daxili dövlət əhəmiyyətli Kutaisi-Alpana-Mamisoni dağ keçidinin 23-cü km-də böyük həcmdə torpaq və qaya kütləsinin çökməsi səbəbilə bütün növ avtonəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti olaraq qadağan edildiyi deyilir. Artıq sözügedən hissəyə müvafiq texnika səfərbər olunub və təmizləmə işlərinə başlanılacaq”-deyə Avtomobil Yolları İdarəsinin xəbərində qeyd olunur.