Kutaisi-Alpana-Mamisoni avtomobil yolunda hərəkət bərpa olundu
Kutaisi-Alpana-Mamisoni avtomobil yolunda hərəkət bərpa olundu

Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv təmizləmə işləri nəticəsində daxili dövlət əhəmiyyətli, Kutaisi-Alpana-Mamisoni avtomobil yolunda hərəkət bərpa olundu.

Xatırladaq ki, dünən qeyd olunan hissədə torpaq sürüşməsini prossesinin fəallaşmasına görə, hər növ avtonəqliyyat vasitəsi üçün hərəkət qadağan edilmişdi.

Avtonəqliyyat hərəkəti Sairme kəndindən keçən yerli əhəmiyyətli avtomobil yoluna keçirilmişdi.