Kutaisi-Alpana-Mamison yolunun 47-ci km-də nəqliyyatın hərəkəti bərpa olunub
Kutaisi (Çoma)-Alpana-Mamison yolunun 47-ci km-də nəqliyyatın hərəkəti bərpa edilib.
Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.
“Təmizləmə işləri nəticəsində ölkədaxili əhəmiyyətə malik Kutaisi (Çoma)-Alpana-Mamison aşırımı avtomobil yolunun 47-ci km-də nəqliyyatın hərəkəti bərpa edilib.
Nəzərinizə çatdırırıq ki, qayaların uçması ilə əlaqədar sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilmişdi”, – məlumatda qeyd olunur.
Müəllif -
Mehemmed Bayramaliyev