Kutaisi aeroportunun sərnişinlərinə üç ədəd ən son SHUTTLE BUS xidmət göstərəcək
Gürcüstanın Hava Limanları İttifaqı yeni, istismara verilməmiş, “Euro 6” emissiya standartına uyğun mühərrikləri olan M3 kateqoriyalı avtobuslar satın alıb.
Gürcüstanın Hava Limanları İttifaqı, avtobusların cədvəlinin reyslərə uyğunlaşdırılacağı və bir istiqamətdə gediş haqqının beş lari olacağı haqqında məlumat verir. Ödəniş istənilən bank kartı ilə mümkün olacaq.
Kutaisi aeroportundan avtobuslar şəhərin mərkəzində yerləşən DMO İmereti inzibati binasına doğru hərəkət edəcək və yenidən Davit Ağmaşenebeli adına Hava Limanına qayıdacaqlar.