Kurt Uolker - indi milli məqsədə nail olmaq üçün həm iqtidarın, həm də müxalifətin birgə işləməsi lazımdır, milli məqsəd isə, Avropa İttifaqı və NATO-ya üzvlük olmalıdır
Kurt Uolker - indi milli məqsədə nail olmaq üçün həm iqtidarın, həm də müxalifətin birgə işləməsi lazımdır, milli məqsəd isə, Avropa İttifaqı və NATO-ya üzvlük olmalıdır

Milli məqsəd Gürcüstanın ən qısa zamanda Avropa İttifaqına üzvlüyü, eləcə də Gürcüstanın NATO-ya daxil olması olmalıdır, milli məqsədə nail olmaq üçün hamı birlikdə işləməlidir, – bu barədə ABŞ-ın NATO-dakı keçmiş səfiri, Kurt Uolker bəyan etdi

Uolkerin bəyan etdiyinə görə, indi lazımdır hökumət də və müxalifətdə birgə işləsin.

“Avropa İttifaqının Gürcüstanla bağlı bəyanatlarında diqqət yetirdiyi bir nömrəli məsələ polarizasiyadır və indi lazımdır, hər ikisi – hökumət də və müxalifətdə birgə işləsin. Bu yalnız iqtidara və ya yalnız müxalifətə aid deyil. Milli məqsədə nail olmaq üçün hamının birgə işləməsi lazımdır, milli məqsəd isə, Avropa İttifaqı və NATO-ya üzvlük olmalıdır. Çünki Ukraynada, eləcə də NATO-ya daxil olan İsveç və Finlandiyada gördüyümüz kimi, Avropada rifah, demokratiyaya zəmanət, təhlükəsizlik, Avropa İttifaqı və ya NATO-da deyilsinizsə, yoxdur. Bu, insanların rifahını və təhlükəsizliyini təmin edən şeydir. Bu, təkcə iqtidarın, müxalifətin yox, bütün ölkə üçün ali məqsəddir. Bu hər kəs üçün vacibdir. Hamı bir məqsəd üçün işləməlidir”, – Uolker bəyan etdi.