Kursk vilayətində daha bir rayonun əhalisini təxliyəyə çağırırlar
Kursk vilayətində daha bir rayonun əhalisini təxliyəyə çağırırlar

 
Rusiyanın Kursk vilayətində daha bir rayonun əhalisini təxliyəyə çağırırlar. Kursk vilayətinin yerli hakimiyyət orqanları, Belovski rayonunda mövcud vəziyyətin yenə də gərgin olduğunu bildirirlər. Onların məlumatında, sözügedən rayondan könüllü təxliyənin davam etdiyi deyilir.

Hökumət təhlükəli ərazini hələ də tərk etməyənləri bunu mümkün qədər tez etməyə çağırır. Xüsusi təxliyə avtobuslarının vətəndaşları gözlədiyi xüsusi məntəqələr təşkil edilib.

Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi ukraynalı hərbçilərin Belovski rayonuna daxil olmaq cəhdinin qarşısının alındığını yazmışdı. Rusiya hakimiyyətinin məlumatında, Belqorod vilayətinin Krasnoiaruj rayonundan da vətəndaşların təxliyəsinin başladığı deyilir. Yerli hakimiyyət orqanlarının dediyi kimi, bu gün səhərdən bu rayonda ukraynalıların aktivliyi qeydə alınıb.

Rusiyanın Kursk vilayətində döyüş əməliyyatları altıncı gündür dayanmır.

Rusiyanın Müdafiə Nazirliyi həmçinin, avqustun 12-də gecə Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin Kursk, Belqorod və Voronej vilayətlərində 18 dronu vurduğunu xəbər verir. Həmçinin, Rostov vilayətində də 4 pilotsuz uçuş aparatını vurublar.