Kurortların İnkişafı Agentliyinin təşkilatçılığı ilə tələbələrin elmi konfransı keçirilib
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Kurortların İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Gürcüstan kurortlarının davamlı inkişafına istiqamətlər və yanaşmalar” adlı tələbələrin elmi konfransı keçirilib.
Konfransın məqsədi kurortların inkişafına kömək etmək, agentlik ilə Gürcüstanın akkreditə olunmuş universitetləri arasında əməkdaşlığı dərinləşdirmək, tələbələri Gürcüstanda sağlamlıq turizmi və kurortlarının inkişafına cəlb etmək olub.
Konfransda Gürcüstanın akkreditə olunmuş universitetlərinin bakalavr və magistr səviyyəli tələbələri iştirak ediblər.
Konfransın tematik istiqamətləri balneoloji, iqlim, sağlamlıq və spa kurortları oldu. Həmçinin kurort və kurort zonalarının inkişafı sahəsində sağlamlıq turizmi və kurortlar istiqamətində innovativ yanaşmaların tətbiqi.
“Bu gün agentliyimiz tələbələrin ilk elmi konfransını keçirir. Gürcüstanın akkreditə olunmuş universitetlərinin tələbələri ilə görüşmək qərarına gəldik, çünki onlar ölkəmizin hərəkətverici qüvvəsini və gələcəyini təmsil edirlər. Ən çox da tələbələr yeniliklərə daimi marağı, tənqidi düşüncəsi və yeni ideyalar əsasında uğurlu layihələr yaratmaq bacarığı ilə seçilir. Ümid edirəm ki, bugünkü konfrans tələbələrin öyrənməsinə, bilik və təcrübə qazanmasına əlavə stimul olacaq. Əminəm ki, onların marağı və qətiyyəti ölkəmizə savadlı və inkişaf yönümlü peşəkarlar nəsli bəxş edəcək”, – deyə agentliyin direktoru Aleksandr Onoprişvili bildirib.
“Konfrans bu sahənin inkişafı, maraqlı tərəflərlə düzgün sistemli ünsiyyət, Gürcüstanın turizm resursları və imkanlarını anlamaq və maarifləndirmək baxımından çox vacibdir. Kurortların İnkişafı Agentliyinə, hər bir tələbənin rəhbərinə və təbii ki, belə maraqlı və lazımlı mövzuya görə tələbələrə təşəkkürlər”, – deyə Fiziki Təbabət, Balneologiya və Kurortologiya Assosiasiyasının icraçı direktoru Natia Tevzadze qeyd edib. .
Münsiflər heyətinə və tamaşaçılara 17 tezis müəllifi təqdim olunub. Üç ən yaxşı məqalə müəyyən edilərək xüsusi mükafatlarla təltif edilib. Konfransda təqdim olunan tezislər Kurortların İnkişafı Agentliyi tərəfindən yaradılmış xüsusi dərslikdə çap olunacaqdır. Birinci yerin tezisinin müəllifi agentliyin təşkilatçılığı ilə 7 dekabr 2023-cü il tarixində keçiriləcək “Kurortların davamlı inkişafı: müasir tendensiyalar və problemlər” adlı beynəlxalq konfransda iştirak edəcək.
Məlumatı Kurortların İnkişafı Agentliyi yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev