Şovi kurortunda torpaq sürüşməsi baş verib
Şovi kurortunda torpaq sürüşməsi baş verib

Oni Munisipalitetində, Şovi kurortu ərazisində, “Sunset Shovi” otelinin yaxınlığında torpaq sürüşməsi baş verib.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Racanın qubernatoru Papuna Marqvelidze təsdiqləyib.

Marqvelidzenin qeyd etdiyi kimi, hadisə yerində xilasetmə qrupları işləyir.

Onun məlumatına görə, yerli hökumət nümayəndələri hadisə yerinə gedirlər.

Lakin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin Gürcüstanın Birinci Kanalına verdiyi məlumata görə, onlara xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Nazirliyin struktur bölmələri hadisə yerindədirlər.