"Kurieri" mayın 22-də Rusiyadan Elene Xoştarianın ailəsinə 2,5 milyondan çox rus rublu köçürüldüyünə dair məlumat yayır
“Kurieri” mayın 22-də Rusiyadan “Droa”nın lideri Elene Xoştarianın ailəsinə 2,5 milyondan çox rus rublu köçürüldüyünə dair məlumat yayır.
“Ümumilikdə, Xoştaria ailəsinin 2021-ci ildən Rusiyanın federal büdcəsindən aldığı məbləğ 5 milyon 279 min rubl təşkil edir. Son üç il ərzində pul köçürməsi yeddi dəfə həyata keçirilib.
Sonuncu dəfə alınan məbləğ əvvəlki illərin pul köçürmələri ilə müqayisədə bir neçə dəfə çoxdur”-deyə “Kurieri”nin məlumatında qeyd olunub.