Külli miqdarda saxta dolları sırımaq faktında bir nəfəri yaxaladılar
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda saxta valyuta sırımaq faktına görə bir nəfəri həbs etdilər.
İstintaqın məlumatına görə, ittiham olunan şəxs, qanunsuz fayda əldə etmək məqsədilə, Tbilisidə külli miqdarda saxta pul sırıdı.
İstintaq Xidmətinin məlumatına görə, istintaq tədbiri nəticəsində, 20 250 ABŞ dolları miqdarında 202 ədəd saxta 100 dollarlır və bir saxta 50 dollarləq çıxarılıb.
İstintaq yeddi ildən on ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır.