Külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması məsələsi üzrə ittiham olunan 26 şəxs məhkəmə tərəfindən təqsirli bilinib
Tbilisi şəhər məhkəməsi ittihamçı tərəfin təqdim etdiyi sübutlarla razılaşıb, mütəşəkkil qrup tərəfindən saxta sahibkarlıq və qanunsuz gəlirin leqallaşdırılması faktı ilə əlaqədar, on üç fiziki və on üç hüquqi şəxsi təqsirli bilib-bu barədə məlumatı Prokurorluğun mətbuat xidməti yayır .
” Məhkəmə prosesində tədqiq edilən sübutlarla müəyyən edilib ki, İran İslam Respublikasının vətəndaşı F.N. mütəşəkkil qruplaşma yaradıb, qrupun məqsədi Gürcüstan sərhədində müəyyən edilmiş prosedurlardan yan keçərək, xaricdən külli miqdarda xarici valyuta gətirmək və saxta müəssisələrin bank hesablarına depozit qoymaq yoluyla qanuni don geyindirmək olub.
Cinayətkar qrupun üzvlərinin funksiyaları-sahibkarlıq niyyəti olmadan hüquqi şəxslərin yaradılmasını, gömrük nəzarətindən yan keçməklə, nəqliyyat vasitələrində xüsusi gizləmə yerləri vasitəsilə , xaricdən Gürcüstana gizli şəkildə pul keçirməyi, daha sonra bölərək və uydurulmuş təyinatla saxta müəssisələrin bank hesablarına yerləşdirməni əhatə edib. Həmçinin onların funksiyaları arasında saxta ödəniş sənədləri hazırlayaraq, bunun əsasında müxtəlif ölkələrdə bank köçürmələrinin həyata keçirilməsi də olub.
Əvvəlcədən hazırlanmış sxemə əsasən, İran İslam Respublikasının vətəndaşı F.N. mütəşəkkil dəstə üzvləri vasitəsilə, on üç hüquqi şəxsi sahibkar kimi qeydiyyata salıb, Gürcüstanda fəaliyyət göstərən bank müəssisələrində hesablar açaraq, bundan sonra da Gürcüstanda o cümlədən gömrük nəzarətindən yan keçməklə, xaricdən gətirilmiş və qismən mənşəyi maskalanmış külli miqdarda qanunsuz və əsaslandırılmamış vəsaiti qrup üzvləri qanunsuz mənşəyini gizlətmək üçün bölərək, uydurulmuş təyinatlarla sahib olduqları və idarəçiliklərində olan müəssisələrin bank hesablarına yerləşdiriblər. Daha sonra, qanunsuz olaraq bir-birilə əlaqəsi olan şəxslər hazırladıqları və bank müəssisələrinə təqdim etdikləri saxta hesab-fakturalar və müqavilələr əsasında, guya müxtəlif malları alma təyinatı adı altında, müəssisələrin bank hesablarından müxtəlif ölkələrdə çoxsaylı əməliyyatlar həyata keçiriblər.
Cinayət işi üzrə cinayətin təşkilatçısı və əlaqəli şəxslər tərəfindən cinayətkarlıq yolu ilə əldə edilmiş gəlirlə satın alınmış daşınar-daşınmaz əmlak aşkar edilərək, dondurulub. Tbilisidə yerləşən 4 yaşayış mənzili, Tbilisidə yerləşən kommersiya təyinatlı sahə, Kvemo Kartli və Quriya bölgələrində yerləşən , ümumi sahəsi 6230 kv.m. olan torpaq sahəsi, Rustavidə yerləşən sahəsi 314 437 kv.m. olan sənaye təyinatlı torpaq sahəsi və onun üzərindəki tikililər, eləcə də bahalı avtomobillərə qadağa qoyulub.
Tbilisi Şəhər Məhkəməsi cinayətin təşkilatçısı – F.N.-ni Gürcüstan Cinayət Məcəlləsinin 25-193-cü maddəsi və 25-194-cü maddəsinin 3-cü hissəsinin “a” və “q” yarımbəndləri ilə irəli sürülən ittihamlar üzrə tam şəkildə təqsirli bilib və 10 il müddətinə azadlıqdan məhrum edib. Həmçinin onun 4 milyon 288 min 33 lari dəyərində daşınmaz əmlakına, iki avtonəqliyyat vasitəsi, 42 ədəd kompyuter texnikası və müəssisələrin bank hesablarında yerləşdirilmiş vəsaitinə dövlətin lehinə müsadirə edilib.
Məsələ üzrə təqsirləndirilən 13 hüquqi şəxs Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “q” yarımbəndində nəzərdə tutulmuş cinayəti törətdiklərinə görə 10 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib və hər biri 100 min lari məbləğində cərimə edilib.
İstintaqla əməkdaşlıq edən və törətdikləri qanunsuz əməllər barədə dolğun məlumat verən cinayətkar dəstənin 12 üzvünə gəlincə, onlarla proses razılaşması imzalanıb. Onlar saxta sahibkarlığın və qeyri-qanuni gəlirlərin leqallaşdırılmasında təqsirli bilinib və şərti cəza ilə birlikdə 517 min lari məbləğində cərimələniblər”- deyə prokurorluqdan bildiriblər.
Qurumun məlumatına görə, Gürcüstan Baş Prokurorluğunun əsas istiqamətlərindən biri çirkli pulların yuyulmasına qarşı mübarizədir. Prokurorluq oxşar fəaliyyətlə məşğul olan digər fiziki və ya hüquqi şəxslərin müəyyən edilərək ifşa edilməsi məqsədilə beynəlxalq əməkdaşlığı fəal şəkildə davam etdirir.