Külli miqdarda dövlət əmlakının dələduzluq yolu ilə mənimsənilməsi və səlahiyyətlərə yönəlik biganəlik faktı üzrə biri keçmiş dövlət qulluqçusu olmaqla 20 nəfər barəsində cinayət təqibi başladılıb
Külli miqdarda dövlət əmlakının dələduzluq yolu ilə mənimsənilməsi və səlahiyyətlərə yönəlik biganəlik faktı üzrə biri keçmiş dövlət qulluqçusu olmaqla 20 nəfər barəsində cinayət təqibi başladılıb

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxta rəsmi sənədlərin hazırlanması- istifadəsi ilə külli miqdarda dövlət əmlakının dələduzluq yolu ilə mənimsənilməsi və səlahiyyətlərə yönəlik biganəlik faktı üzrə biri keçmiş dövlət qulluqçusu olmaqla 20 nəfər barəsində cinayət təqibi başladıblar. Bu barədə məlumatı istintaq xidməti yayır.

“Təqsirləndirilən şəxslərin 2020-2021-ci illərdə Şida Kartli bölgəsində saxta sənədlərdən istifadə etməklə, yalançı şahidlərin köməyi ilə və munisipalitetlərdən birinin əməkdaşının xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində, dələduzluq yolu ilə dəyəri 302 906 lari, sahəsi 44 396 m2 olan 10 torpaq sahəsini qeydiyyatdan keçirdikləri istintaqla müəyyən edilib.

İstintaq prosesində qanuna-zidd şəkildə mənimsənilmiş torpaq sahələrinə həbs qoyulub.

Onların dövlət mülkiyyətinə qaytarılması üçün müvafiq hüquqi prosedurlar aparılır.

Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq altı ildən doqquz ilədək müddətə həbs cəzasını nəzərdə tutan 362, 180 və 342-ci maddələri ilə istintaq davam etdirilir”-deyə məlumatda qeyd edilir.