Ku gölünün kanat yolu müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilməyəcək
Ku gölünün kanat yolu müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilməyəcək

 

Texniki işlərlə əlaqədar olaraq Ku gölünün kanat yolu bu gün sərnişinlərə xidmət göstərə bilməyəcək.

Tbilisi meriyası tərəfindən verilən məlumatda, kanat yolunda reqlamentdə nəzərdə tutulmuş işlər aparıldığı deyilir.

“Tbilisi Nəqliyyat Şirkəti yaranmış narahatlığa görə üzr istəyir” – deyə məlumatda qeyd olunur.