Ku Gölünün kanat yolu müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilməyəcək
Ku Gölünün kanat yolu müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilməyəcək

 
Tbilisi meriyasının məlumatında, Ku Gölünün kanat yolunun avqustun 16-da müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilməyəcəyi deyilir.

Meriyanın açıqlamasında qeyd edildiyi üzrə, Ku Gölünün kanat yolunda planlı reabilitasiya işlərinin aparılması, həmçinin yolun elektron və təhlükəsizlik sistemlərinin sınaqdan keçirilməsi nəzərdə tutulur.

“Sözügedən işlər səbəbilə, avqustun 16-da Ku Gölünün kanat yolu bir gün boyunca sərnişinlərə xidmət göstərə bilməyəcək. Tbilisi Nəqliyyat Şirkəti yaranan narahatlığa görə üzr istəyir” – deyə Tbilisi meriyasının açıqlamasında deyilir.