Ksani çayında körpü keçidinin bərpası başa çatdırılıb və hər iki zolaqda nəqliyyatın hərəkəti bərpa edilib
Ksani çayında körpü keçidinin bərpası başa çatdırılıb və hər iki zolaqda nəqliyyatın hərəkəti bərpa edilib

Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 40-cı km-də (qərb istiqaməti) Ksani çayında körpü keçidinin qəza-bərpa işləri başa çatdırılıb və hər iki zolaqda nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.

Onların məlumatına görə, körpünün yolun hərəkət hissəsindəki beton qoruyucu təbəqə zədələnib və bu da avtomobillərin təhlükəsiz hərəkətinə təhlükə yaradıb.

“Aparılan bərpa işləri ilə əlaqədar olaraq körpünün yol hissəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb, avtomobillər körpünün yalnız bir zolağında hərəkət edir.

Bərpa işlərinə bu il iyunun 5-də başlanmış və plana əsasən avqustun 5-də başa çatdırılmalı idi.

“Ksani çayı üzərindəki körpünün hər iki hərəkət zolağında (qərb istiqaməti) bərpa işləri aparılıb”, – məlumatda deyilir.