Krtsanisi rayonunun icra başçısı- Dzveli Tbilisidə evin uçması faktı ilə bağlı istintaq başladılıb, bütün suallara cavab veriləcək, dağılma təhlükəsi olmasa da, rayonda 400-dən çox qəzalı tikili var
Krtsanisi rayonunun icra başçısı- Dzveli Tbilisidə evin uçması faktı ilə bağlı istintaq başladılıb, bütün suallara cavab veriləcək, dağılma təhlükəsi olmasa da, rayonda 400-dən çox qəzalı tikili var

 

Krtsanisi rayonunun icra başçısı Beka Mikautadze Dzveli Tbilisidə evin uçması faktı ilə bağlı istintaq başladıldığını və bütün suallara cavab veriləcəyini qeyd edib.

O, rayonda 400-dən çox qəzalı tikilinin olduğunu , lakin uçmaq təhlükəsi olmadığını bildirib.

Bundan əlavə, Krtsanisi rayonunun icra başçısı bildirib ki, sakinlərə müvəqqəti olaraq mehmanxanaya yerləşdirilmə, sonra isə kirayə haqqı ilə təmin etmək təklif olunub.

“Xoşbəxtlikdən, Tsurtaveli 3 ünvanında dağıntı nəticəsində insan tələfatı yoxdur . Bütün şəhər xidmətləri, yerli icra hakimiyyəti hadisə yerinə səfərbər olunub. Təbii ki, istintaq başladılıb. Əhalinin bir hissəsi ifadə vermək üçün aparılıb. Bu faktın niyə baş verməsi ilə bağlı bütün suallara tezliklə cavab veriləcək. Sakinlərə bu gecə mehmanxanada gecələməyi təklif edirik, sonra kirayə haqqını ödəyəcəyik. Bu gün binanın təhlükəli hissələrinin sökülməsinin qayğısına qalacağıq.

Qəzalı vəziyyətə gəlincə, uçma təhlükəsi olmasa da, adıçəkilən rayonda 400-dən çox qəzalı bina var. Ötən il qonşu evin pilləkənlərinin abadlaşdırılması ilə bağlı sakinlərdən müraciət olub. İcra hakimiyyəti maliyyələşdirib, pilləkənlər abadlaşdırılıb, həmçinin müvafiq divar da. Bu gün uçan bina ilə bağlı rayon icra hakimiyyətinə müraciət olmayıb” – deyə icra başçısı bildirib.

Dzveli Tbilisidə üçmərtəbəli ev uçub.