Kritik uyğunsuzluqlara görə Tbilisidəki balıq satışı obyektlərindən birində istehsal prosesi dayandırılıb

Milli Qida Agentliyi kritik uyğunsuzluqlara görə balıq bazarında istehsalı dayandırıb.

Milli Qida Agentliyinin Tbilisi Şəhər Xidməti balıq satışı obyektlərinə baxış keçirir. Dövlət nəzarəti zamanı Nfood Ltd, Tevdore Mğvdeli küçəsi N27 ünvanında yerləşən balıq satışı obyektində sanitar-gigiyena normalarının pozulması və digər kritik uyğunsuzluqlar aşkar edilib. Müəssisə operatoru cərimələndi və kritik uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal prosesi dayandırıldı.

“Bayramqabağı dövrlə əlaqədar olaraq Milli Qida Agentliyi müxtəlif profilli satış obyektlərinə və biznes operatorlarına fəal nəzarət edir”, – deyə qurumdan bildirilib.