Krit adasında baş verən meşə yanğını ilə əlaqədar bir neçə yaşayış məntəqəsindən əhalinin təxliyəsi həyata keçirilib

23:13, 15.07.2024

Yunanıstanın Krit adasında meşə yanğını ilə mübarizə aparırlar,- bu barədə yerli media yazır.

Yanğın adanın mərkəzi-cənub hissəsində yerli vaxtla təxminən saat 16:00 başladı və yaşayış məntəqələrində də yayıldı.

Yanğının söndürülməsinə onlarla yanğınsöndürən və 20-yə yaxın texnika, o cümlədən üç xüsusi təyyarə cəlb olunub.

Yanğınsöndürən-xilasetmə xidməti yaxınlıqdakı yaşayış məntəqələrindən əhalininin təxliyəsini həyata keçiriblər.

Oxşar