Kristin Laqard Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə təyin edildi
Kristin Laqard Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə təyin edildi.
Bu barədə məlumatı “Doiçe Velle” yayır.
63 yaşlı Fransalı yüksək rütbəli qadını qeyd olunan vəzifəyə Brüsseldə, Avropa İttifaqı çərçivəsində keçirilən tədbirdə təsdiqlədilər.
O bu vəzifədə Mario Draqoyu əvəz edəcək, hansı ki, Avropa Mərkəzi bankının rəhbəri vəzifəsində 2011-ci ildən işləyir.
Kristin Laqard Avropa Mərkəzi Bankının prezidenti vəzifəsindəki işlərə rəsmi olaraq, noyabrın 1-dən başlayacaq.
“Avropanın Mərkəzi Bankının əməkdaşları ilə işləməyi səbirsizliklə gözləyirəm” – Yazıb Kristin Laqard mikrobloq “Twitter”-də.