Kriştiano Ronaldonun stilistini mehmanxana nömrəsində biçaqla qətlə yetirilmiş tapdılar
Turin “Yuventusunun” forvardı Kriştiano Ronaldonun əsas stilistini, Rikardo Markes Fereyranı Sürixdə mehmanxana nömrəsində qətlə yetirilmiş tapdılar, – bu barədə məlumatı “Mundo Deportivo” nəşri yayır.
Kişini noyabrın 2-də mehmanxana əməkdaşı aşkar etdi. Onun dediyinə görə, stilist qanın içində idi, otaqda isə, alkohol qoxusu var idi.
Fereyranın bədənində biçaqla yetirilmiş yaraları var idi. Polis istintaqa başlayıb.