Kristian Terhes - hökumətlərin gəldi-gedər olduğunu, lakin xalqın qaldığını unutmamalıyıq, gürcü xalqının dəstəyimizə ehtiyacı var, Gürcüstanın yeri Avropa İttifaqındadır
Kristian Terhes - hökumətlərin gəldi-gedər olduğunu, lakin xalqın qaldığını unutmamalıyıq, gürcü xalqının dəstəyimizə ehtiyacı var, Gürcüstanın yeri Avropa İttifaqındadır

 

Gürcüstanın 2008-ci ildə Rusiyanın təcavüz etdiyi ilk ölkə olduğunu heç vaxt unutmamalıyıq, Rusiyanın müharibəsi nəticəsində məhv olmuş Gürcüstan Qərbyönlü kursundan dönməyib-bu barədə avropalı parlamentari Kristian Terhes Avropa Parlamentində Gürcüstan məsələsi ilə bağlı müzakirələr zamanı çıxışında açıqlayıb.

O, Gürcüstanın yerinin Avropa İttifaqında olduğunu və bu məqsədə çatmaq üçün onların köməyə ehtiyacı olduğunu bildirib.

“Gürcüstanın 2008-ci ildə Rusiyanın təcavüz etdiyi ilk ölkə olduğunu heç vaxt unutmamalıyıq. Bu, Kosovonun tanınmasından, Fransa və Almaniyanın Buxarestdə, NATO sammitinə zidd olaraq Gürcüstan və Ukraynanın NATO-ya üzv olmasına yox cavabı verməsindən sonra baş verdi. Əgər Avropa o zaman Rusiyaya qarşı bu müharibədən sonra daha güclü mövqe tutsaydı, Ukraynadakı bu təcavüzkar müharibənin qarşısını bəlkə də ala bilərdik. Rusiyanın müharibəsi nəticəsində məhv olmuş, torpaqlarının 20%-i işğal olunmuş Gürcüstan Qərbyönlü kursundan dönmədi. Gürcüstan Şərq Tərəfdaşlığının qabaqcıl ölkələrindən biri idi və həmçinin Gürcüstan Assosiativ Üçlüyün bir hissəsidir. Onun Avro-Atlantik istəkləri konstitusiyada təsbit olunub. Hökumətlərin gəldi-gedər olduğunu, lakin xalqın və insanların qaldığını unutmamalıyıq. Gürcü xalqının indi bizim dəstəyimizə və Aİ-nin güclü siqnalına ehtiyacı var. Gürcüstanın yeri Avropa İttifaqındadır və bu məqsədə çatmaq üçün onların bizim köməyimizə ehtiyacı var” – deyə avropalı parlamentari Kristian Terhes açıqlayıb.