Krım və Sevastopolun ilhaqına görə, Avropa İttifaqı, Rusiya üçün aktivləşmiş sanksiyaları bir il uzatdı
Krım və Sevastopolun ilhaqına görə, Avropa İttifaqı, Rusiya üçün aktivləşmiş sanksiyaları bir il uzatdı. Bu haqda Avropa İttifaqı Şurasının rəsmi veb-səhifəsində yayımlanmış bəyanatda bildirilir. Məhdudlaşdırıcı tədbirlər 2019-cu ilin 23 iyun tarixinə kimi davam edəcək.
Sanksiyalar, Avropa şirkətləri və Avropa İttifaqının vətəndaşlarına, Krım və Sevastopolda investisiyaları həyata keçirməyi, ixracı, ilhaq olunmuş ərazilərdən məhsul idxalını və turizm xidmətlətindən istifadə etməyi qadağan edir.
Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunub ki, Avropa İttifaqının dəstəyi Ukrayna suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar dəyişməzdir.
“Rusiya federasiyası tərəfindən Krım muxtar respublikası və Sevastopolun qanunsuz ilhaqından dörd il sonra, Avropa İttifaqı təsdiqləyir ki, bunu qəbul etmir və beynəlxalq hüququn pozulmasını pisləyir”, – bəyanatda qeyd olunub.